News
11.04.2017
NOVCO şirkətlər qrupu Bakı Şopinq Festivalın iştirakçısı oldu
23.01.2017
Hakan Atalay Novco Şirkətlər Qrupununa qoşuldu
21.12.2016
Lacoste artıq Park Bulvar AVMdə
20.12.2016
“Novco” şirkətlər qrupu “Jump” marketinq agentliyi ilə müqavilə imzalayıb
05.11.2016
Bakıda İtaliyan festivalı baş tutub
02.07.2016
Lacoste
Arxiv
 
“Novco” şirkətlər qrupu “Jump” marketinq agentliyi ilə müqavilə imzalayıb
 
Bakı, dekabr 2016: “Novco” şirkətlər qrupu bu ilin noyabrında “Jump” marketinq agentliyi ilə müqavilə imzalayıb. Tərəfdaşlıq çərçivəsində “MyBrands” loyallıq proqramının marketinq strategiyasının inkişaf etdirilməsi və brendin mövqeləndirilməsi nəzərdə tutulub. “Novco” və “Jump” şirkətlərinin əməkdaşlığının məqsədi  MyBrands loyallıq proqramına marağın artırılması, brendin tanınma dərəcəsinin yüksəldilməsi, mövcüd kart sahiblərinin saxlanılması, yenilərin isə cəlb edilməsidir.
Yeni loqotipin, sloqanın, brenbukun yaradılması, saytın dizaynının və mobil tətbiqin yenilənməsi nəzərdə tutulub.
Hazırlıq mərhələsində korporativ üslubun yeni rəngləri seçilib, brendin SMM strategiyası tərtib edilib, kreativ üslubun tərtibatına dair işçi görüşlər keçirilir.
“MyBrands” proqramının yenilənmiş imicinin geniş kütləyə 2017-ci ilin fevralında təqdim olunması gözlənilir.
“Novco” şirkətlər qrupu  dünyanın tanınmış uşaq, kişi və qadın geyim və aksessuarlar brendlərini birləşdirir.
 “MyBrands” loyallıq proqramı 2004-cü ildə yaradılıb və hazırda şəbəkənin bütün mağazalarında aktivdir. 
“Jump” marketinq agentliyi 2007-ci ildən yerli bazarda media sahəsində yerləşmə xidmətləri göstərən və ATL və BTL kommunikasiyaları ilə məşğul olan “Times Consulting” şirkətinə daxildir. “Jump” marketinq sahəsində konsaltinq, digital marketinq və ənənəvi reklam xidmətləri göstərməklə məşğuldur.

 
Copyright 2008 Novco L.L.C. All rights reserved. Terms of Use. Privacy Policy
All trademarks registered by their owners. Site by DreamArt
Azerbaijan English Russian